Islam Times 13 Mar 2011 072011000000Sun, 13 Mar 2011 07:45:52 +0330 7:45 https://www.islamtimes.org/az/news/59174/kişidən-sənə-nə -------------------------------------------------- Title : Kişidən sənə nə! -------------------------------------------------- IslamTimes - Ötən gün Müsavatın etiraz aksiyalarında Daxili İşlər Nazirliyi 50 nəfərin saxlandığını bildirir Text : Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, «polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin» işi məhkəməyə göndərilib. Qalan 30 nəfər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ailəsi ilə birlikdə şəhərin mərkəzində olub. Jurnalistlər ondan aksiyaya münasibət bildirməsini istəsə də, o, ailəsi ilə şəhərə istirahət etməyə çıxdığını, şərh verə bilməyəcəyini deyib. Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamil Vəlişov jurnalistləri günahlandırıb ki, jurnalistlər aksiya iştirakçılarının arxasınca getdiyindən onlar da dağılışmaq istəmir. Aksiya zamanı «Dalğa» Gənclər təşkilatının iki üzvü - Elmin Həsənov, İlkin Əlisoy da saxlanılıb. K. Vəlişov saxlanan gənclərdən birinin geyiminin rənginə iradını bildirib: «Kişi qırmızı mayka geyməz, maykası ağ olar». Kimsə “kişidən sənə nə” deyə cavab verib.11 Mart aksiyası zamanı gənclər qırmızı rəngi etiraz əlaməti olaraq seçmişdi. /HaqqYolu/