Islam Times 28 Nov 2022 132022000000Mon, 28 Nov 2022 13:01:58 +0330 13:01 https://www.islamtimes.org/az/news/1027325/lapid-netanyahuya-bu-tamamilə-dəli-hökumətdir -------------------------------------------------- Title : Lapid Netanyahuya: "Bu tamamilə dəli hökumətdir" -------------------------------------------------- İslamTimes: Sionist rejimin hazırkı baş naziri Benyamin Netanyahunun bu rejimin yeni kabinetinin formalaşdırılması ilə bağlı razılaşmalarını tənqid edib və vəzifələrin radikal yəhudilərə verilməsini “dəlilik” adlandırıb. Text : Sionist rejimin müvəqqəti baş naziri Yair Lapid çıxışında deyib: "Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası Nuam partiyası ilə bu partiyanın rəhbəri Avi Maozu baş nazirlikdə nazir müavini təyin etmək üçün müqavilə imzalayıb." Lapid əlavə edib: “Hər keçən gün məlum olur ki, sağçı hökumət qurmaq əvəzinə, tamamilə çılğın bir hökumət qurulur." O, sözlərinə belə davam edib: “Netanyahunun radikal yəhudi ravvin Tesfi Tavı baş nazirlikdə nazir müavini vəzifəsinə təyin etməsi dəlilikdən az deyil”.