Islam Times 18 Jan 2022 112022000000Tue, 18 Jan 2022 11:20:06 +0330 11:20 https://www.islamtimes.org/az/news/974233/rusiya-diplomatlarını-ukraynadan-çıxarır -------------------------------------------------- Title : Rusiya diplomatlarını Ukraynadan çıxarır -------------------------------------------------- İslamTimes: ABŞ və Ukrayna rəsmiləri iddia edirlər ki, sərhəddəki vəziyyətlə bağlı danışıqlar başlamazdan bir həftə əvvəl Rusiya Kiyevdəki səfirliyini boşaltmağa başlayıb. Text : Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, yanvarın 5-də Rusiyaya gedən avtobuslara əsasən rusiyalı diplomatların uşaqları və xanımları olan 18 nəfər minib. O bildirib ki, yaxın bir neçə gün ərzində Kiyevdən və Lvovdakı konsulluqdan daha 30-a yaxın adamın getdiyini müşahidə edib. Bununla yanaşı həmin şəxslər arasında diplomatların olması təsdiqlənməyib. Ukraynalı rəsmi qeyd edib ki, Rusiyanın digər iki konsulluğundakı diplomatlara da Ukraynanı tərk etməyə hazırlaşmaq tapşırılıb”, - qəzet bildirib. Qeyd edək ki, yayılan məlumatla bağlı Rusiyanın rəsmi açıqlaması yoxdur.