Islam Times 18 Mar 2023 112023000000Sat, 18 Mar 2023 11:29:05 +0330 11:29 https://www.islamtimes.org/az/news/1047314/qərar-verildi-bəs-putini-kim-həbs-edəcək -------------------------------------------------- Title : Qərar verildi: Bəs, Putini kim həbs edəcək? -------------------------------------------------- İslamTimes: Rusiya prezidentini heç bir xarici güc həbs edə bilməz. Text : Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib. "Rusiya Prezidenti beynəlxalq hüquqa uyğun olaraq ən yüksək vəzifəli şəxs kimi xarici və beynəlxalq cinayət yurisdiksiyasından immunitetə ​​malikdir", - K.Kosaçev bildirib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.