Islam Times 4 Dec 2021 152021000000Sat, 04 Dec 2021 15:28:37 +0330 15:28 https://www.islamtimes.org/az/news/966836/rusiyadan-işğalçı-israilə-çağırış -------------------------------------------------- Title : Rusiyadan işğalçı İsrailə çağırış -------------------------------------------------- İslamTimes: Rusiya Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkə olan işğalçı İsraili “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” danışıqlarına qoşulmağa çağırıb Text : SalamNews RT-ə istinadla xəbər verir ki, bu fikirləri Rusiyanın beynəlxalq təşkilatlar üzrə nümayəndəsi Mixail Ulyanov deyib. Rusiya rəsmisi BMT-nin toplantısında çıxışı zamanı “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” konfransı ilə bağlı İsrailə də çağırış edib və rəsmi Təl-Əvivdən bu konfransda danışıqlara qoşulmağı istəyib. ““Kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” konfransı danışıqlarında İsrailin olmaması bir növ qəribəlikdir və xoşagələn deyil. Çünki o Yaxın Şərqdə mühüm oyunçudur. Onun bu prosesdə olması əhəmiyyətlidir”, deyə Rusiya nümayəndəsi bildirib. Qeyd edək ki, Beynəlxalq Stokholm Sülh Mərkəzinin məlumatına görə İsrailin azı 80 nüvə başlığı var. İsrail Yaxın Şərqdə nüvə silahına malik olan tək ölkədir və o NPT-ə də üzv olmayıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətçiləri bu ölkənin nüvə obyektlərinə baş çəkə bilmirlər.