Islam Times 11 Oct 2020 112020000000Sun, 11 Oct 2020 11:18:44 +0330 11:18 https://www.islamtimes.org/az/news/891433/ermənistanda-dövlət-səviyyəsində-terror-siyasəti-davam-edir-foto -------------------------------------------------- Title : Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir - Foto -------------------------------------------------- İslamTimes: Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir. Text : Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib: "Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox hərbi cinayətlərə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır". Preziden komekçisi həmçinin bildirib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.