Islam Times 20 Jul 2021 112021000000Tue, 20 Jul 2021 11:04:02 +0430 11:04 https://www.islamtimes.org/az/news/944353/bitkoinin-qiyməti-30-min-dollardan-aşağı-düşüb -------------------------------------------------- Title : Bitkoinin qiyməti 30 min dollardan aşağı düşüb -------------------------------------------------- İslamTimes: Dünyanın aparıcı kriptovalyutası bitkoinin qiyməti ticarət sessiyasının gedişində 3,8% azalaraq 29 664 ABŞ dollarına düşüb, sonradan isə bir qədər qalxıb. Text : “Report” TASS-a istinadən xəbər verir ki, hazırda onun qiyməti 29 890 dollardır. Bitkoin blokçeyn texnologiyasına əsaslanan sistemdir. Sistemin iştirakçısı olan hər istifadəçi eyniadlı kriptovalyutanı əldə edə bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmaq lazımdır. Sistemin konsepsiyası 2008-ci ilin noyabr ayında dərc olunub. Bitkoinin emissiyası məhduddur. İndiyə qədər bitkoinlərin böyük hissəsi əldə edilib.