Islam Times 13 Sep 2021 202021000000Mon, 13 Sep 2021 20:14:52 +0430 20:14 https://www.islamtimes.org/az/news/953650/həmas-israilin-qəzzadakı-vəziyyəti-yaxşılaşdırmaq-planı-yalan-və-absurddur -------------------------------------------------- Title : Həmas: İsrailin Qəzzadakı vəziyyəti yaxşılaşdırmaq planı yalan və absurddur -------------------------------------------------- İslamTimes: Həmas Müqavimət Hərəkatının sözçüsü Hazem Qasim təkidlə bildirib ki, sionist rejim Fələstin xalqı ilə bağlı reallığı dərk etmir. Text : Əl-Xəlic əl-Cədid xəbər saytı Hazem Qasimin sözlərindən sitat gətirərək yazıb: "Sionist rejim xarici işlər naziri Yair Lapid tərəfindən Qəzzadakı vəziyyətin normallaşdırılması iddiası ilə təqdim edilən plan yalan və absurd vədlərə əsaslanır." Müqavimət Hərəkatı qeyd edib ki, Həmas bu uğursuz planın bir hissəsi olmayacaq. Sionist rejim elə düşünür ki, Fələstində iqtisadi sahədə bəzi problemlərin həll edilməsi Fələstin xalqını işğal olunmuş torpaqlarının azad edilməsi hədəfindən, qaçqınların geri qayıtması məqsədindən vaz keçirə bilər.