Islam Times 30 Jan 2023 162023000000Mon, 30 Jan 2023 16:24:09 +0330 16:24 https://www.islamtimes.org/az/news/1038602/vaşinqtonun-isfahan-əməliyyatında-rolu-olmayıb -------------------------------------------------- Pentaqon iddia edib: Title : Vaşinqtonun İsfahan əməliyyatında rolu olmayıb -------------------------------------------------- İslamtimes - Amerika müdafiə nazirliyi- Pentaqon-un sözçüsü bazar günü gecə, İsfahana qarşı dron hücumunda heç bir amerikan hərbi qüvvənin iştirak etmədiyini iddia edib və bu haqda artıq təfərrüat verməyib. Text : Patrik Rayderin sözlərinin fonunda qeyd edək ki, “Uol Strit Cournal” qəzeti bazar günü yazmışdı ki, ABŞ rəsmiləri bu ölkənin şənbə günü axşam İran Müdafiə Nazirliyinin İsfahandakı emalatxanalarından birinə qarşı uğursuz dron hücumunda müdaxiləsini rədd ediblər. Deyiblər ki, sionist rejim sözügedən əməliyyatda məsuliyyət daşıyır. Amerika rəsmilərinə isinad edən qəzet yazıbdır ki, həmin hücumda məqsəd, İranın hərbi və nüvə proqramlarını məhdudlaşdırmaq və aradan qaldırmaq olub. Belə bir halda, sionist rejim indiyə kimi bu barədə fikir bildirməkdən çəkinib. İran Müdafiə Nazirliyi bildiribdir ki, şənbə günü axşam nazirliyin İsfahandakı emalatxanalar komplekslərinin biri dronların uğursuz hücumuna məruz qalıb. Dronlardan biri kompleksin hava hücumundan müdafiə qüvvələrinin atəşi ilə məhv edilib. Hava hücumundan müdafiə sisteminin tələsinə düşən iki digər dron isə partlayıbdır. Hələlik bu uğursuz hücum haqda artıq detallar yayılmayıb. Qeyd edək ki, keçmişdə də İranın hərbi və nüvə təsisatlarının ətrafında bu cür hücumlar və bir neçə partlayış baş verib. Düşmənlər bütün bu hücumlar və təxribatçı hərəkətlərdə həm İran İslam Respublikasının nüvə və müdafiə sənayesində günü-gündən artan irəliləyişlərini əngəlləmək, həm də İranı öz müdafiə siyasətlərindən geri çəkilib, imtiyaz verməyə məcbur etməyə çalışıblar.