Islam Times 26 Feb 2013 122013000000Tue, 26 Feb 2013 12:22:21 +0330 12:22 https://www.islamtimes.org/az/news/242604/sergey-ryabkov-irana-qarşı-bəzi-sanksiyalar-ləğv-olunan-bilər -------------------------------------------------- Title : Sergey Ryabkov: “İrana qarşı bəzi sanksiyalar ləğv olunan bilər” -------------------------------------------------- IslamTimes - “Bu gün Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçiriləcək nüvə müzakirələrində Tehrana qarşı bəzi sanksiyaların azaldılması istisna edilmir”. Text : APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Russia Today” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, İranın öz nüvə fəaliyyətlərini dinc məqsədli olduğunu sübut edə biləcəyi təqdirdə yeni müzakirələr məsələnin həllinə kömək edə bilər: “Belə olacağı təqdirdə bəzi sanksiyaların azaldılması ehtimalı var. Almatı görüşünün uğuru müzakirə tərəflərinin həqiqi iradəsi və məsələnin həlli istiqamətində qarşılıqlı olaraq öhdəliklərin qəbul edilməsindədir”.