Islam Times 18 Oct 2011 032011000000Tue, 18 Oct 2011 03:27:29 +0330 3:27 https://www.islamtimes.org/az/news/107208/boşanmalara-görə-avropa-ölkələri-və-abş-liderdir -------------------------------------------------- Title : Boşanmalara görə Avropa ölkələri və ABŞ liderdir -------------------------------------------------- IslamTimes - Azərbaycanda da son illər boşanmaların sayı kəskin artımla davam edir. Bu, ölkə üçün çox ciddi bir problemə çevrilib. Text : Son illərdə ölkədə qeydə alınan hər 5 nikahdan biri boşanma ilə nəticələnir. Təkcə 2011-ci ilin ilk altı ayında ölkədə 39 803 nikah bağlanıb, 5 335 nikah isə pozulub. Bunu statistikaya çevirərsək, o deməkdir ki, hazırda Azərbaycanda hər min nəfərə 1,2 boşanma düşür. Xatırladaq ki, cəmi 10 il öncə Azərbaycanda boşanmaların sayı indikindən 2 dəfə az olub. Başqa sözlə desək, 2001-ci ildə boşanma sayı 5382 ədəd olmuşdusa, bu ilin təkcə ilk yarısında bu qədər boşanma (5335) qeydə alınıb. Bu da göstərir ki, ölkəmizdə boşanma halı sürətlə yayılmaqdadır və bu da möhkəm ailə prinsipləri ilə tanınmış Azərbaycan üçün həddən artıq narahatedici faktlardır. Boşanma sayına görə ilk yerdə İngiltərə, Uels, ABŞ, Yeni Zelandiya, Kanada, Rusiya, Ukrayna kimi ölkələr gəlir. Bu ölkələrdə hər min nəfərə 3-5, İngiltərədə isə hətta 10-13 boşanma düşür. Ən az boşanma isə Monqolustan, Liviya, İran, Tacikistan, Braziliya, Türkiyə, Gürcüstan, Makedoniya, Bosniya-Herseqovina kimi ölkələrdədir. Ən çox boşanma qeydə alınan 20 ölkə: ABŞ B. Britaniya Puerto-Riko Rusiya Danimarka Yeni Zelandiya Ukrayna Kuba Belarus Litva İsveç Latviya Çexiya Estoniya Macarıstan Norveç Avstraliya Kanada Lüksemburq Almaniya Ən az boşanma qeydə alınan 20 ölkə: Liviya Şri-Lanka Gürcüstan İran Bosniya-Herseqovina Monqolustan Braziliya Özbəkistan İtaliya Meksika Panama Türkiyə Yamayka Çili Suriya Yunanıstan Çin Sinqapur Albaniya Portuqaliya