Islam Times 11 Jan 2022 112022000000Tue, 11 Jan 2022 11:55:08 +0330 11:55 https://www.islamtimes.org/az/news/973009/yəmən-ordusu-bəə-nin-casus-pua-sını-vurdu -------------------------------------------------- Title : Yəmən ordusu BƏƏ-nin casus PUA-sını vurdu -------------------------------------------------- İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu gün səhər BƏƏ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Şəbva vilayətində (Yəmənin cənubunda) vurulduğunu bildirib. Text : Yəhya Səri deyib: “Allaha şükürlər olsun ki, hava hücumundan müdafiə sistemimiz BƏƏ Hərbi Hava Qüvvələrinin Çin istehsalı olan “Winglong 2” adlı silahlı casus pilotsuz təyyarəsini vura bildi”. Bəyanatda daha sonra bildirilib ki, pilotsuz təyyarə bu səhər Şabva əyalətinin Eyn şəhərinin hava məkanında düşmən üçün əməliyyat keçirdiyi zamanı vurulub. Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin pilotsuz təyyarənin Yəmənin yer-hava tipli raketi ilə vurulduğunu söyləyib.