Islam Times 5 Jun 2021 112021000000Sat, 05 Jun 2021 11:05:00 +0430 11:05 https://www.islamtimes.org/az/news/936406/hindistanda-uran-satışı-pakistandan-reaksiya -------------------------------------------------- Title : Hindistanda uran satışı - Pakistandan reaksiya -------------------------------------------------- İslamTimes: Pakistan Hindistanda qanunsuz olaraq 6,4 kiloqram uran satışı ilə bağlı açıqlama yayıb. Text : Axar.az xəbər verir ki, bu barədə danışan Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz bənzər hadisənin ötən ay da yaşandığını bildirib. Sözçü Hindistanda nüvə materiallarının qorunması ilə bağlı nəzarətin zəif olduğunu və bu səbəbdən narahatçılıq keçirdiklərini vurğulayıb. O, BMT TŞ-nin 1540 saylı qərarında ölkələrin nüvə məhsullarının yanlış insanların əlinə keçməməsi üçün tədbir görülməsi barədə xəbərdarlığını xatırladıb. Qeyd edək ki, Hindistan mediası Jarhand əyalətində təhlükəsizlik qüvvələrinin 6,4 kiloqram uran satmağa çalışan 7 nəfəri saxladığını bildirib.