Islam Times 19 Oct 2021 002021000000Tue, 19 Oct 2021 00:46:42 +0330 0:46 https://www.islamtimes.org/az/news/959410/səudiyyə-rejimində-edam-cəzaları-artıb -------------------------------------------------- Title : Səudiyyə rejimində edam cəzaları artıb -------------------------------------------------- İslamTimes: Əl-Əxbəriyə qəzeti Səudiyyə rejimində edam cəzasının artdığını bildirib. Text : Qəzetin yazdığına görə, bu il Səudiyyə rejimində 56 nəfər edam edilib. 40 nəfər edam cəzasını gözləyir ki, bunlardan da bəziləri qanuni yaş həddinə çatmayan kəslərdir. Səudiyyə rejiminin edam siyasətini təkmilləşdirəcəyinə dair vədlərinə baxmayaraq, praktik olaraq geniş qəzəb dalğasının qarşısını almaq üçün kütləvi edamlardansa, fərdi edam cəzaları tətbiqinə üstünlük verilir. Fərdi edamlar sakit və fərqli vaxtlarda icra edildiyindən heç kimin qəzəbinə səbəb olmur. Ötən il insan haqları təşkilatları uşaqların və siyasi məhbusların ölüm hökmlərinin dayandırılmasını tələb etmişdi. Bundan əvvəl Reperio insan haqları qrupu Səudiyyə rejiminin kralı Salman bin Əbdüləzizin dövründə edamların təxminən iki dəfə artdığını açıqlamışdı. Mərkəzi ofisi Londonda yerləşən insan haqları qrupu kral Salman bin Əbdüləzizin vəzifəyə başladığı gündən bəri Səudiyyə rejimində 800 nəfərin edam edildiyini açıqlamışdı. Qeyd edək ki, 2009-2014-cü illər arasında burada 423 nəfər edam edilib. /Deyerler/