Islam Times 4 Dec 2013 162013000000Wed, 04 Dec 2013 16:10:31 +0330 16:10 https://www.islamtimes.org/az/news/327368/ağ-ev-bəzi-konqresmenlərə-iranla-bağlı-xəbərdarlıq-edib -------------------------------------------------- Title : Ağ Ev bəzi konqresmenlərə İranla bağlı xəbərdarlıq edib -------------------------------------------------- IslamTimes - ABŞ hökuməti bəzi konqresmenlərə İrana qarşı sanksiyaların artırılması istiqamətində cəhd göstərmələrindən dolayı bir daha xəbərdarlıq edib. Text : APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karni bildirib ki, artıq Barak Obama administrasiyası İrana qarşı sonradan tətbiq edilməsi məqsədilə sanksiya layihələrinin qəbul olunmasının əleyhinədir: “Çünki mövcud şərtlərdə İrana qarşı yeni sanksiyaların tətbiqi bu ölkənin nüvə məsələsinin sülh yolu ilə həllinə çətinlik törədəcək. Ona görə də ABŞ Konqresindən bu istiqamətdə hər hansı bir mənfi addım atmamasını istəyirik”.