Islam Times 8 Jan 2022 082022000000Sat, 08 Jan 2022 08:00:08 +0330 8:00 https://www.islamtimes.org/az/news/972461/rusiya-xin-blinkenin-bəyanatını-kobudluq-adlandırıb -------------------------------------------------- Title : Rusiya XİN Blinkenin bəyanatını kobudluq adlandırıb -------------------------------------------------- İslamTimes: Rusiya XİN: "Amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər." Text : APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in “Telegram” kanalında bildirilib. Qeyd edilib ki, ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstanda “rusların” rolu ilə bağlı açıqlamaları kobudluqdur: “Yanvarın 7-də ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəvi hadisələrlə bağlı tipik məzəmmətlə zarafat edib. Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına KTMT-nin tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib”. Blinkenin “ruslar sizin evinizdə olanda bu, onları çıxmağa məcbur etmək çətin olacaq” ifadəsinə Rusiya XİN belə cavab verib: “Əgər Entoni Blinken tarix dərslərini bu qədər sevirsə, qoy o, aşağıdakılara diqqət etsin: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar”.