Islam Times 28 Jun 2022 092022000000Tue, 28 Jun 2022 09:01:39 +0430 9:01 https://www.islamtimes.org/az/news/1001577/kreml-putinin-indoneziyada-keçiriləcək-g20-sammitində-iştirakını-təsdiqləyib -------------------------------------------------- Title : Kreml Putinin İndoneziyada keçiriləcək G20 sammitində iştirakını təsdiqləyib -------------------------------------------------- İslamTimes: Rusiya Federasiyası prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək. Text : SalamNews "AA"ya istinadən verdiyi xəbərə görə, Uşakov Moskvada jurnalistlərə açıqlama verib. Putinin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət aldığını qeyd edən Uşakov, "İştirakın nəzərdə tutulduğunu təsdiq etdik" deyib. Sammitdə liderlərin əyani iştirakın planlaşdırıldığını qeyd edən Uşakov İndoneziya prezidenti Coko Vidodonun iyunun 30-da Rusiyaya gələcəyi barədə məlumatı paylaşıb. Uşakov əlavə edib ki, prezident Putin iyunun 28-də paytaxt Düşənbədə Tacikistan prezidenti İmaməli Rəhmonla görüşəcək. Görüş zamanı Rusiya və Tacikistan arasında ticarət, iqtisadiyyat və hərbi texnika sahəsində əməkdaşlıq məsələləri, miqrasiya və Əfqanıstan problemləri müzakirə olunacaq.