Islam Times 30 Nov 2021 072021000000Tue, 30 Nov 2021 07:56:18 +0330 7:56 https://www.islamtimes.org/az/news/966116/f-35-gəmidən-havaya-qalxarkən-dənizə-düşdü -------------------------------------------------- Title : F-35 gəmidən havaya qalxarkən dənizə düşdü -------------------------------------------------- İslamTimes: Böyük Britaniyaya məxsus F-35B qırıcı təyyarəsi havaya qalxmağa hazırlaşarkən gəmidən dənizə düşüb. Text : Axar.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Seb Haqqart Tvitter hesabında görüntülər paylaşıb. Belə ki, noyabrın 17-də “Kraliça Yelizaveta” təyyarədaşıyan gəmisindən havaya qalxmağa çalışan F-35B qırıcısı dənizə düşüb, pilot yüngül xəsarət alıb. Qəzaya səbəb uçuş zamanı mühərrikdəki ştepsel olub, çünki ekipaj qırıcını uçuşa hazırlayarkən ştepselləri çıxartmayıb.