Islam Times 19 Jul 2021 182021000000Mon, 19 Jul 2021 18:10:22 +0430 18:10 https://www.islamtimes.org/az/news/944246/talibanla-şiddətli-döyüş-gedir-bu-bölgələr-geri-alındı -------------------------------------------------- Title : Talibanla şiddətli döyüş gedir: Bu bölgələr geri alındı -------------------------------------------------- İslamTimes: Son 24 saat ərzində Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri (ANSOB) ölkənin şimalında və mərkəzindəki bir neçə bölgəni radikal Taliban hərəkatından geri alıb. Text : Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Məlumata görə, Darai-Suf Bala (Samanqan əyaləti), Surhi Parsa və Şeyx Əli (Pərvan əyaləti) və Malistan (Qəzni vilayətində) bölgələri Əfqanıstan hökumətinin nəzarətinə keçib. Bundan əvvəl ANSOB sözçüsü general Acmal Şinvari son dörd gündə Əfqanıstan silahlı qüvvələrinin 967 Taliban yaraqlısını öldürdüyünü və təxminən 500-nü yaraladığını bildirib. Hazırda ölkənin 34 vilayətindən 20-də şiddətli döyüşlər davam edir. Xüsusilə Təxar vilayətindəki Talukan şəhəri Taliban hücumlarına qarşı müdafiə olunur. Qeyd edək ki, Acmal Şinvari 3 gün öncə Talibandan bütün bölgələrin geri alındığını bildirsə də, sonradan qruplaşma yenidən hücuma keçmişdi.