Islam Times 9 Jan 2022 112022000000Sun, 09 Jan 2022 11:02:47 +0330 11:02 https://www.islamtimes.org/az/news/972678/qazaxlar-ağ-ev-qarşısında-toplaşdılar-putin-qazaxıstandan-əlini-çək -------------------------------------------------- Title : Qazaxlar Ağ Ev qarşısında toplaşdılar: “Putin, Qazaxıstandan əlini çək!” -------------------------------------------------- İslamTimes: Yanvarın 8-də Amerikanın paytaxtı Vaşinqtonda yerləşən Ağ Ev qarşısında bu şəhərdə yaşayan qazaxıstanlılar etiraz aksiyası keçirib. Text : Modern.az-ın məlumatına görə, bu barədə Amerikada yaşayan azərbaycanlı diaspor fəalı Zaur Bayramlı xəbər verib. Onun sözlərinə görə, aksiyada "Putin, Qazaxıstandan əlini çək!", "KTMT ordusu Qazaxıstanı tərk etsin!", "Tokayev istefa!", "İnternet bərpa edilsin!", "Biz terrorist deyilik, xalqıq!", "Putin, Qazaxıstandan çıx!" kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb. Həmçinin, eks-prezident Nursultan Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiyaçılar və çıxışçılar olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər. Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən, rus işğalından əzab çəkən başqa bir xalqın - ukraynalıların da Rusiya əleyhinə aksiyası olub. Aksiyaları başa çatan ukraynalıların çoxu meydanı tərk etməyərək, Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər. Z.Bayramlı öz qızı Banuçiçəklə qazaxların aksiyasına dəstək verdiyini bildirib: “Həmçinin, hər ikimiz rus imperializminin coğrafiyamızdakı fəsadları ilə bağlı Ukrayna televiziyasına müsahibə verdik”.