Islam Times 15 Jun 2021 102021000000Tue, 15 Jun 2021 10:15:56 +0430 10:15 https://www.islamtimes.org/az/news/938135/bayden-putini-layiqli-rəqib-hesab-etdiyini-deyib -------------------------------------------------- Title : Bayden Putini "layiqli rəqib" hesab etdiyini deyib -------------------------------------------------- İslamTimes: ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi adlandırıb. Text : APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, NATO sammitinin ardından Brüsseldə mətbuat konfransında çıxış edərkən deyib. “Mən onunla artıq görüşmüşəm. Ağıllı, sərt birisidir və deyərdim ki, layiqli bir rəqibdir”, - deyə Bayden bildirib. ABŞ prezidenti, bir müddət əvvəl qalmaqallı çıxışında da dediyi kimi, Putini hələ də qatil hesab edib-etmədiyinə aydınlıq gətirməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. C.Bayden Cenevrədə V.Putinlə görüşdə Rusiya Federasiyası ilə ABŞ arasında potensial əməkdaşlıq sahələrini müəyyənləşdirəcəyini deyib və sammiti kritik adlandırıb.