Islam Times 18 Mar 2023 102023000000Sat, 18 Mar 2023 10:16:59 +0330 10:16 https://www.islamtimes.org/az/news/1047306/türkiyədə-prezident-və-parlament-seçkiləri-ilə-bağlı-seçki-kampaniyası-başlayıb -------------------------------------------------- Title : Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb -------------------------------------------------- İslamTimes: Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası şənbə günü başlayır, "sükut günü" elan edilən mayın 13-dək davam edəcək. Text : Səsvermənin özü mayın 14-də, lazım gələrsə, prezident seçkilərinin ikinci turu isə mayın 28-də keçirilə bilər. Bu barədə APA TRT telekanalına istinadən xəbər verir. “Seçki Təqvimi” bu həftə Türkiyə Ali Seçki Şurası tərəfindən təsdiq edilib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi martın 19-da başlanacaq və martın 23-də yerli vaxtla saat 17:00-da başa çatacaq, namizədlərin siyahısı martın 31-də “Rəsmi Qəzet”də dərc olunacaq. Bundan sonra namizədlərin siyahısı açıqlanacaq. Ardınca, təşviqat kampaniyası başlaya bilər. Seçkilərdə iştirak edəcək siyasi partiyalar və ya birliklər martın 24-də günün sonuna qədər öz namizədlərinin siyahılarını MSK-ya təqdim etməlidirlər.