Islam Times 20 Jan 2022 102022000000Thu, 20 Jan 2022 10:53:49 +0330 10:53 https://www.islamtimes.org/az/news/974630/jurnalistlər-makronun-mətbuat-konfransını-boykot-ediblər -------------------------------------------------- Title : Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər -------------------------------------------------- İslamTimes: Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransı sual vermək qadağası səbəbindən jurnalistlərsiz keçirilib. APA xəbər verir ki, bu barədə “FranceInfo” məlumat yayıb. Text : “Makronun Avropa Parlamentindəki çıxışından sonra baş tutmalı olan mətbuat konfransı sualsız bəyanata çevrildi. Avropalı jurnalistlər etiraz əlaməti olaraq mətbuat konfransı başlamazdan əvvəl zalı tərk etdilər”, - agentliyin müxbiri bildirib. Fransanın “CNews” portalının jurnalisti Lois Siqnor “Twitter” hesabında yazıb ki, media nümayəndələri bir neçə saatdır ki, suallar vermək üçün Makronun görünməsini gözləyirlər.