Islam Times 10 Aug 2021 182021000000Tue, 10 Aug 2021 18:30:47 +0430 18:30 https://www.islamtimes.org/az/news/947829/iraq-iran-və-səudiyyə-ərəbistanı-rəhbərləri-arasında-görüş-təşkil-etmək-istəyir -------------------------------------------------- Title : İraq, İran və Səudiyyə Ərəbistanı rəhbərləri arasında görüş təşkil etmək istəyir -------------------------------------------------- İslamTimes: İraq bölgədəki bəzi ölkə liderlərinin iştirakı planlaşdırılan Bağdad Zirvəsi çərçivəsində İran və Səudiyyə Ərəbistanı rəhbərlərini bir araya gətirməyə çalışır Text : Əl-Mayadin Şəbəkəsi xəbər verib ki, yaxın günlərdə İraqın təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı, İran, Türkiyə, BƏƏ, Qətər, Misir, İordaniya liderlərinin iştirakı ilə Bağdad Zirvəsi təşkil olunacaq. İraq bu Zirvə çərçivəsində Səudiyyə və İran liderləri arasında görüş təşkil etməyə çalışır. Əl-Məyadin Şəbəkəsi əlavə edib: "İraq, hazırda bölgədəki problemlərin həlli məqsədilə məntəqə dövlətlərinin ortaq məxrəcə gələ bilməsi üçün Bağdad Zirvəsi təşkil etmək fikrinə düşüb. Zirvənin yaxın bir neçə həftə ərzində Bağdadda baş tutacağı ehtimal olunur. İraq, son aylarda Bağdadda İran və Səudiyyə nümayəndələri arasında bir neçə dəfə elan edilməmiş danışıqlardan sonra iki ölkə arasında qırılmış bağları bərpa etməyə və münasibələrdəki soyuqluğa son qoymaq niyyətindədir.