Islam Times 3 Feb 2021 142021000000Wed, 03 Feb 2021 14:24:36 +0330 14:24 https://www.islamtimes.org/az/news/914096/ab-abş-ın-iranla-razılaşmaya-geri-dönməsi-bizim-üçün-prioritetdir -------------------------------------------------- Title : AB: ABŞ-ın İranla razılaşmaya geri dönməsi bizim üçün prioritetdir! -------------------------------------------------- İslamTimes: Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrelin köməkçisi, sözçü Peter Stano İranla bağlı problemlərin diplomatiya yolu ilə həll edilməli olduğunu bir daha təkidlə vurğulayıb. Text : "Al-Arabiya" TV kanalı ilə müsahibə zamanı Peter Stano aparıcının təhrikedici sözlərinə cavab verib. Aparıcının "İranın nüvə silahı əldə etməsinə cəmi bir neçə həftə zaman qalıb" söyləməsindən sonra Stano deyib: "İran hal-hazırda nüvə silahına sahib deyil, HBFP sazişi də İranın nüvə silahına yiyələnməməsi üçün imzalanmış bir razılaşmadır. HBFP razılaşması hələ də qüvvədədir. Amerika bu sazişi tərk etsə də, İran və digər üzvlər hələ də bu razılaşmadan çıxmayıb! Biz İranın öhdəçiliklərinə arxa çevirməsini dayandırmaq üçün təlaşlarımızı daha da artırmışıq. 3 Avropa ölkəsi Çin və Rusiya ilə birlikdə Amerikanı HBFP sazişinə geri qaytarmarağa çalışır. Amerika bu sazişə geri dönsə bir çox problemlər həll olacaq!" Qeyd edək ki, Donald Tramp HBFP sazişindən çıxdıqdan bir neçə il sonra İran tərəfi də bu ölkəyə qarşı yenidən tətbiq olunan sanksiyalara etiraz edərək, sazişdəki öhdəçiliklərdən imtina edəcəyini bildirib.