Islam Times 28 Jun 2022 202022000000Tue, 28 Jun 2022 20:05:14 +0430 20:05 https://www.islamtimes.org/az/news/1001659/conson-hesab-edir-ki-iş-rusiya-ilə-nato-arasında-müharibəyə-gəlib-çatmayacaq -------------------------------------------------- Title : Conson hesab edir ki, iş Rusiya ilə NATO arasında müharibəyə gəlib çatmayacaq -------------------------------------------------- İslamTimes: Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ilə NATO arasında münasibətlərdə vəziyyətin birbaşa toqquşmaya çatacağına şübhə edir, lakin Rusiya Federasiyasından güman edilən artan təhlükəyə cavab verməyi zəruri hesab edir. Text : Baş nazir bu barədə britaniyalı jurnalistlərə müsahibəsində bildirib. "Vəziyyətin birbaşa toqquşmaya çatacağını düşünmürəm. Təbii ki, biz hər şeyi edirik ki, məsələ Ukrayna ilə məhdudlaşsın”, - Conson krallığın Rusiya ilə müharibəyə hazırlaşıb-hazırlanmaması ilə bağlı sualı cavablandırarkən deyib. Salamnews "TASS"a istinadən xəbər verir ki, onun sözlərinə görə, krallıq “təhlükələr dəyişdikdə” müdafiə xərclərini artırmalıdır.