Islam Times 25 Jan 2023 162023000000Wed, 25 Jan 2023 16:40:18 +0330 16:40 https://www.islamtimes.org/az/news/1037632/türk-siyasətçi-türkiyə-bir-neçə-ay-sonra-nato-dan-çıxacaq -------------------------------------------------- Title : Türk siyasətçi: Türkiyə bir neçə ay sonra NATO-dan çıxacaq -------------------------------------------------- İslamTimes: Türkiyə prezidentinə yaxın siyasətçi deyir ki, bu ölkə yaxın bir neçə ay ərzində Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxacaq! Text : RussiaToday-ın verdiyi mlumata görə, bu ölkənin yerli mediasının ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın adamlarından biri kimi olan türk siyasətçisi İtam Sancak Ankaranın yaxın bir neçə ay ərzində NATO-dan çıxacağını bildirib. Sancak bu açıqlamaları Türkiyənin “Vətən” kimi tanınan Partiyasının NATO əleyhinə başlatdığı kampaniyaya cavab olaraq verib. O, bu partiyada xarici əlaqələr üzrə vitse-prezident vəzifəsindədir. Sancak xatırladıb ki, NATO-ya üzv olmaq Türkiyəni bu alyansın digər üzvü və Ankaranın əzəli rəqibi Yunanıstanla müharibə astanasına gətirib və bundan əlavə, “Yaxın Şərqdə burulğan”a girmək riskini artırıb.