Islam Times 25 Jan 2022 082022000000Tue, 25 Jan 2022 08:40:18 +0330 8:40 https://www.islamtimes.org/az/news/975487/pentaqon-ukraynaya-görə-qoşunlarını-yüksək-döyüş-hazırlığı-vəziyyətinə-gətirib -------------------------------------------------- Title : Pentaqon Ukraynaya görə qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib -------------------------------------------------- İslamTimes: Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Lakin onların qitəyə göndərilməsi barədə qərar verilməyib. Text : APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Con Kirbi məlumat verib. “müdafiə naziri Lloyd Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsini əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur”, deyə Krbi jurnalistlərə bildirib. Kirbi əlavə edib ki, ölkə xaricindəki qoşunlar da yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.