Islam Times 25 Oct 2016 232016000000Tue, 25 Oct 2016 23:06:27 +0330 23:06 https://www.islamtimes.org/az/news/578424/abş-qızların-məktəbini-bombaladı-rusiya -------------------------------------------------- Title : ABŞ qızların məktəbini bombaladı - Rusiya -------------------------------------------------- Islamtimes - ABŞ-a aid hərbi təyyarələr oktyabrın 21-də Mosulda qızların təhsil aldığı məktəbi bombalayıb. Text : Axar.az xəbər verir ki, bunu Rusiya Baş Qərargahının nümayəndəsi Sergey Rudskoy deyib. “Oktyabrın 21-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Mosulun cənubunda təhsil ocağını hədəf alıb”, - Rudskoy bildirib. Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.