Islam Times 23 Jan 2023 192023000000Mon, 23 Jan 2023 19:04:00 +0330 19:04 https://www.islamtimes.org/az/news/1037254/macarıstan-rusiya-enerjisinə-sanksiya-tətbiqinə-qarşıdır -------------------------------------------------- Title : Macarıstan Rusiya enerjisinə sanksiya tətbiqinə qarşıdır -------------------------------------------------- İslamTimes: Macarıstanın xarici işlər naziri bəyan edib ki, Rusiya ilə atom elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlığın davam etdirilməsi zərurəti ilə əlaqədar bu ölkə Rusiyanın enerji sektoruna qarşı sanksiyaların tətbiqinə qarşıdır. Text : “Reuters”in məlumatına görə, Macarıstanın xarici işlər naziri bu ölkənin Avropa İttifaqının Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etməsinə qarşı olduğunu növbəti dəfə bəyan edib. Macarıstanın xarici işlər naziri “Peter Ciarto” bazar ertəsi günü ölkənin Rusiyanın enerji sektoruna təsir edən heç bir sanksiyaları dəstəkləməyəcəyini açıqlayıb. Ciarto daha sonra vurğulayıb ki, Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsi Paks atom elektrik stansiyası üçün yeni blokların tikintisindən asılıdır və bu məsələ bu elektrik stansiyası olmadan mümkün olmayacaq.