Islam Times 11 Jan 2022 012022000000Tue, 11 Jan 2022 01:01:35 +0330 1:01 https://www.islamtimes.org/az/news/972958/rusiya-ukrayna-və-gürcüstanın-nato-üzvü-olmayacağına-dair-zəmanət-istəyir -------------------------------------------------- Title : Rusiya Ukrayna və Gürcüstanın NATO üzvü olmayacağına dair zəmanət istəyir -------------------------------------------------- İslamTimes: Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacaqları ilə bağlı Rusiyaya dəmir zəmanət lazımdır. Text : Teleqraf.com xəbər verir ki, bunu Cenevrədə Rusiya-ABŞ dialoqunda Moskvanı təmsil edən Rusiya xarici işlər nazirin müavini Sergey Ryabkov bildirib. "Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq bizim üçün mütləq vacibdir. Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul - NATO-nun Madrid formulu geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq. Biz boş söhbətlər aparmaqdan, yarı vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə inanmırıq. Bizə dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar, vədlər yox, zəmanətlər lazımdır , "heç vaxt NATO üzvü olmamalıdır" sözləri lazımdır. Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir ", deyə Ryabkov vurğulayıb.