Islam Times 8 Jul 2020 192020000000Wed, 08 Jul 2020 19:09:40 +0430 19:09 https://www.islamtimes.org/az/news/873273/rusiyanın-hizbullah-və-israil-arasında-baş-verə-biləcək-müharibə-ehtimalına-reaksiyası -------------------------------------------------- Title : Rusiyanın Hizbullah və İsrail arasında baş verə biləcək müharibə ehtimalına reaksiyası -------------------------------------------------- İslamTimes: Rusiyanın Livandakı səfiri Hizbullah və İsrail arasında müharibə başlaya biləcəyini düşünmədiyini bildirib Text : Rusiyanın Livandakı səfiri Aleksander Zasipkin "Əl-Diar" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ-ın Livandakı fəaliyyətləri getdikcə genişlənir. Vaşinqtonun strategiyası bir millətin yoxsulluğuna, aclıq yaşamasına və nəticədə həmin ölkənin süqutuna hesablanıb. Səfir əlavə edib: "Livandakı bütün siyasi partiyalar, qruplar, cərəyanlar ABŞ-ın bütün fəaliyyətlərini nəzarətdə saxlamalıdırlar, çünki onlar bütün Livan xalqı üçün təhdiddir! Livan qarşısına çıxan məsələlərdə vahid mövqedən çıxış etməlidir. İnqilabçılar və bəzi partiyalar əslində islahatlar üçün nəzərdə tutulmuş maddi yardımı Hizbullah silahlarının təslim edilməsi müqabilində almağı qəbul etməməlidirlər." Zasipkin deyib: "Amerikalılar məqsədlərinə çatmaq üçün sanksiyalara əl atırlar. Bu gün ABŞ-ı razı salmaq fikri yanlış bir addımdır. Çünki Livanda bəzi qırmızı xətlər var ki, onları ayaq altına almaq fitnəkarlıq kimi qəbul edilir." Səfir əlavə edib: "ABŞ-ın təzyiqləri ilə müqabilə yolu livanlılar arasında birlik yaranması və iqtisadiyyatla bağlı lazımi tədbirlər görməkdir. Digər tərəfdaşlarla əlaqələr genişləndirilməlidir. Şərqdəki ölkələrlə münasibətlər, ticari rabitələr Livana kömək edə bilər." Qeyd edək ki, daha öncə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanın Çin, İraq və İranla əlaqələri dəstəkləməsinin Qərblə əməkdaşlıq qapılarının bağlanması mənasına gəlmədiyini söyləyib. Hizbullah Livanın ABŞ-dan gələn yardımlara mane olmayacağını bildirib. Seyid Həsən Nəsrullah deyib: "Şərqə diqqət ayrılması Qərbdən üz döndərmək demək deyil, təkcə İsraildən başqa bütün dünya ilə rabitə qurmağa hazırıq!"