Islam Times 17 Jul 2021 112021000000Sat, 17 Jul 2021 11:03:40 +0430 11:03 https://www.islamtimes.org/az/news/943879/kuba-prezidenti-abş-kubanı-məhv-etmək-cəhdlərində-uğursuz-oldu -------------------------------------------------- Title : Kuba prezidenti: ABŞ Kubanı məhv etmək cəhdlərində uğursuz oldu -------------------------------------------------- İslamTimes: Kuba prezidenti Migel Diaz-Kanel ölkəsindəki son kütləvi etirazlar fonunda bildirib ki, ABŞ Kubanı məhv edə bilməyəcək. SalamNews bu barədə "İnterfaks"a istinadən xəbər verir. Text : "ABŞ xərclənən milyardlarla dollara baxmayaraq, Kubanı məhv etmək cəhdlərində uğursuz oldu", Diaz-Kanel bildirib. Keçən həftə sonu Havanada və Kubanın bir sıra böyük şəhərlərində COVID-19 pandemiyası ilə bağlı çətinləşən yaşayış şərtlərinə, yoxsulluğa və dərman çatışmazlığına qarşı etiraz aksiyaları təşkil edilib. Aksiyakar ölkənin təqribən 50 şəhəri və qəsəbəsində keçirilib. Etirazlar zamanı siyasi şüarlar da səsləndirilib.