Islam Times 17 May 2022 092022000000Tue, 17 May 2022 09:00:11 +0430 9:00 https://www.islamtimes.org/az/news/994639/israil-qüvvələri-qüdsdə-fələstinli-gəncin-cənazə-mərasiminə-müdaxilə-edib-45-yaralı-var -------------------------------------------------- Title : İsrail qüvvələri Qüdsdə fələstinli gəncin cənazə mərasiminə müdaxilə edib, 45 yaralı var -------------------------------------------------- İslamTimes: İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirən 24 yaşlı fələstinli gəncin cənazə mərasiminə müdaxilə edilib. Onlarla fələstinli yaralanıb. Text : SalamNews "Əlcəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib. Bildirilib ki, İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirmiş 24 yaşlı Vəlid Şərifin əl-Əqsa məscidi ətrafında keçirilən cənazə mərasiminə zorakı şəkildə müdaxilə edilib. İsrail qüvvələrinin müdaxiləsi nəticəsində 45 fələstinli yaralanıb ki, onların 16-sı xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Vəlid Şərif bir neçə gün öncə aldığı güllə yarasından həyatını itirib. Tanınmış jurnalist Şirin Əbu-Aqilənin Cenin şəhərində İsrail qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra işğal altında olan ərazilərdə vəziyyət daha da gərginləşib.