Islam Times 6 Oct 2021 122021000000Wed, 06 Oct 2021 12:14:51 +0330 12:14 https://www.islamtimes.org/az/news/957432/iran-əlavə-əfqanıstanlı-qaçqınlara-ev-sahibliyi-etmək-iqtidarında-olmadığını-bildirib -------------------------------------------------- Title : İran əlavə əfqanıstanlı qaçqınlara ev sahibliyi etmək iqtidarında olmadığını bildirib -------------------------------------------------- İslamTimes: İran ölkə ərazisində üç milyondan çox əfqanıstanlı qaçqının olduğunu bildirib. Text : SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Daxil İşlər Nazirliyinin Pasport İdarəsinin rəhbəri Mehdi Mahmudi deyib. BMT nümayəndələrilə keçirilən tədbir çərçivəsində İran rəsmisi bildirib ki, ölkəsi əlavə əfqanıstanlı qaçqınlara ev sahibliyi edəcək iqtidarında deyil. Onun sözlərinə görə, qaçqınlara yardım istiqamətində beynəlxalq tərəflərin verdiyi dəstəklər yalnız xərclərin beş faizini təmin edir.