Islam Times 3 Jan 2022 162022000000Mon, 03 Jan 2022 16:57:55 +0330 16:57 https://www.islamtimes.org/az/news/971832/iraq-prezidenti-qasim-süleymaninin-şəhadət-ildönümü-münasibətilə-çıxış-etdi -------------------------------------------------- Title : İraq prezidenti Qasim Süleymaninin şəhadət ildönümü münasibətilə çıxış etdi -------------------------------------------------- İslamTimes: Bərhəm Saleh qalib komandirlərin şəhadət ildönümündə sülhün qorunmasının zəruriliyindən danışdı Text : Bu gün İraq prezidenti qalib komandirlər, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı şəhid Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümü ilə bağlı bəyanat yayıb. O, ölkədə daxili əmin-amanlığın, sabitliyin qorunması üçün milli birliyin zəruriliyindən danışıb. İraq prezidenti Bərhəm Saleh Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin fəaliyyətlərini, onların İŞİD-in peyda olduğu ilk günlərdən bu terror qruplaşmasına qarşı mübarizəsini yüksək qiymətləndirib. Qeyd edək ki, bu gün 3 yanvar, İranın İnqilab Keşikçilər Korpusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymani və İraqın "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi əl-Mühəndisə qarşı törədilən terror aktından 2 il keçir.