Islam Times 21 Dec 2021 092021000000Tue, 21 Dec 2021 09:32:41 +0330 9:32 https://www.islamtimes.org/az/news/969510/ai-fələstinlilərin-şeyx-cərrahdan-zorla-köçürülməsinə-qarşıdır -------------------------------------------------- Title : Aİ fələstinlilərin Şeyx Cərrahdan zorla köçürülməsinə qarşıdır -------------------------------------------------- İslamTimes: Avropalı diplomatlardan ibarət nümayəndə heyəti sionist rejimin fələstinliləri doğma torpaqlarından zorla köçürmək istədiyi işğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsinə baş çəkiblər. Text : Avropa İttifaqı üzvü olan Kanada və İsveçrədən olan 20 diplomatdan ibarət nümayəndə heyəti bazar ertəsi günü işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsinə səfər ediblər. Onlar işğalçı İsrail rejiminin bu məhəllə sakinlərinə qarşı təcavüzü ilə bağlı məlumatlandırılıblar. Avropalı diplomatlar məcburi köç riski üz-üzə olan fələstinli ailələrlə də görüşüb. Avropa Birliyinin (Aİ) Fələstin üzrə nümayəndəsi Sven Kühn von Burgsdorff səfərdən sonra mətbuat konfransında deyib ki, Aİ-nin mövqeyi İsrailin qanunsuz şəhərsalma fəaliyyətinə qarşıdır, çünki bu, beynəlxalq hüquqa ziddir və İsrailin beynəlxalq öhdəliklərini pozması deməkdir. “Ərəb 48” saytının məlumatına görə, o, sionist rejimi fələstinli ailələrin Şeyx Cərrah məhəlləsindən və ümumilikdə işğal altındakı Qüds şəhərindən məcburi köçürülməsini dayandırmağa çağırıb.