Islam Times 14 Nov 2012 222012000000Wed, 14 Nov 2012 22:20:43 +0330 22:20 https://www.islamtimes.org/az/news/211890/wall-street-journal-iordaniya-suriya-üsyançıları-ilə-abş-sionist-kəşfiyyat-rəsmiləri-arasında-görüşə-vasitəçilik-edir -------------------------------------------------- Title : Wall Street Journal: İordaniya Suriya üsyançıları ilə ABŞ, Sionist kəşfiyyat rəsmiləri arasında görüşə vasitəçilik edir -------------------------------------------------- İslamtimes - Amerikanın məşhur qəzetlərindən biri olan “Wall Street Journal” bazar günü məlumat dərc edərək bildirib ki, İordaniya Amerika və Sionist kəşfiyyat xidmətlərinin rəsmiləri ilə fərarilik edərək İordaniyaya qaçmış Suriya əsgərləri arasında görüş təşkil edib. Text : islamtimes.org/az/ - Suriyadakı münaqişəni qızışdırmaqda İordaniyanın rolundan danışan qəzet deyib: “İordaniya kəşfiyyat xidməti İordaniyaya qaçıb gələn Suriya əsgərlərindən Suriya ordusu və bəzi gizli məlumatları ələ gətirmək üçün İsrail və Amerika kəşfiyyat idarələrinin zabit və rəsmiləri ilə Suriyalı əsgərlər arasında görüş təşkil edib.” Keçən ildən bəri İordaniya Səudiyyə Ərəbistan və Qətərin maliyyə yardımı ilə Azad Suriya Ordusu adlanan terrorçu dəstə üçün silah-sursat alışı və çatdırılması ilə məşğuldur. Qəzetin bildirdiyinə görə İordaniya kəşfiyyat xidmətinin nümayəndələri tez-tez Suriyalı üsyançılar ilə görüş təşkil edir və onlarla hərbi və hücum planları da daxil olmaqla bir çox məsələləri müzakirə edirlər. Bu yardım və köməyə görə isə Riyad və Doha Ommana külli miqdarda maliyyə yardımı edir. Suədiyyə Ərəbistan və Qətər İordaniyanı bu yardım müqabilində iqtisadi və təhlükəsizlik yardımı vəd verib.