Islam Times 12 Dec 2021 132021000000Sun, 12 Dec 2021 13:13:41 +0330 13:13 https://www.islamtimes.org/az/news/968143/mahmud-abbas-mənim-üçün-ata-kimi-idi -------------------------------------------------- Title : Mahmud Abbas mənim üçün ata kimi idi -------------------------------------------------- İslamTimes: Sabiq ABŞ prezidenti Donald Tramp işğalçı İsrailin sabiq baş naziri Benyamin Netanyahunun sionistlərlə fələstinlilər arasında sülhün əldə olunması məsələsində böyük maneə rolunu oynadığını bildirib. Text : Sionist rejim “Vala” saytı xəbər verir ki, “Trampın gətirdiyi sülh: Abraham razılaşması və Yaxın Şərqdə inqilab” kitabının müəllifi sionist jurnalist Barak Ravid iddia edib: "Tramp həmişə Netanyahuya hücum edirdi və onu daim sərt tənqid edirdi." Tramp müsahibə zamanı deyib: “Mən Netanyahunun nə vaxtsa fələstinlilərlə sülhə razı olacağını düşünmürəm. Prezidentliyimin ilk günlərindən anladım ki, Netanyahu Fələstin prezidenti Mahmud Abbasla sülh əldə olunmasına ən böyük maneədir!”