Islam Times 19 Sep 2021 122021000000Sun, 19 Sep 2021 12:49:38 +0430 12:49 https://www.islamtimes.org/az/news/954634/livanda-səudiyyə-fitnəsi -------------------------------------------------- Title : Livanda Səudiyyə fitnəsi -------------------------------------------------- İslamTimes: Livanda Səudiyyə fitnəsi davam edir - Neftin depolarda gizlədilməsindən sonra, ammonium nitrat qalmaqalı üzə çıxdı Text : Livandakı “Əl-Quvvət Əl-Lubnaniyyə” partiyasının liderinin böyük həcmdə yanacağı anbarlara yığaraq gizlətməsi xəbərindən çox keçməmiş, bu şəxsin Beyrut limanında partlayışa səbəb olan maddəyə yaxın ammonium nitrat yükü ələ keçirilib. Qeyd edək ki, bir ay öncə Livan Daxili Təhlükəsizlik Qüvvələri Zahla şəhərində hər birinin təxminən 50 min litr tutumu olan 38 dolu depo kəşf ediliblər. Bu depolarda toplam iki milyon litrə yaxın benzin gizlədilib. Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, bu qeyri-insani davranış Səudiyyə Ərəbistanı müttəfiqlərindən sayılan “Əl-Quvvət Əl-Lubnaniyyə” partiyasının lideri İbrahim əs-Saqrın qardaşı Marun əs-Saqr tərəfindən edilib. Uyğun hadisə Livanın ciddi yanacaq çatışmazlığı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Digər tərəfdən, ötən gün Livanın Bəəlbək şəhərində 20 ton ammonium nitrat olan bir yük maşını ələ keçirilərək təhlükəsiz bölgələrə aparılıb. Yük maşını Sadallah Sələh məxsus olub və o bu yükü İbrahim və Marun əs-Saqr qardaşlarına məxsus məkandan gətirdiyini etiraf edib.