Islam Times 14 Jul 2021 092021000000Wed, 14 Jul 2021 09:49:58 +0430 9:49 https://www.islamtimes.org/az/news/943339/abş-ın-şok-əfqanıstan-planı-ssri-kimi-rusiyanı-da-politoloq -------------------------------------------------- Title : “ABŞ-ın şok Əfqanıstan planı: SSRİ kimi Rusiyanı da..." - Politoloq -------------------------------------------------- İslamTimes: Taliban birmənalı şəkildə ABŞ və İngiltərənin hazırladığı siyasi əsərdir. Text : ABŞ Əfqanıstandan bilərək geri çəkilir. Məncə, orada oyunun qaydalarını ABŞ müəyyən edir. Taliban birmənalı şəkildə ABŞ və İngiltərənin hazırladığı siyasi əsərdir. Çünki burada həddən artıq İslam xürafatı yüksək səviyyədədir. Onlar Bin Ladenin davamçılarıdır və vəhabiliyin bir ayrı formasını gündəmə gətirirlər. Əsas məqsəd ondan ibarətdir ki, ABŞ Əfqanıstandan müvəqqəti çəkilib. Əfqanıstanda yaşananları Teleqraf.com-a şərh edən politoloq Cümşüd Nuriyev əmindir ki, Taliban Əfqanıstanı nəzarətə götürsə də, paytaxt Kabilə hücum etməyəcək. Onun sözlərinə görə, Kabil hava limanına Türk ordusu nəzarət edir: “Taliban heç vaxt Türk ordusu ilə üz-üzə gəlməyəcək. Heç onlara Kabil də lazım deyil. Əsas məqsəd başqadır. Əfqanıstanda ən çox yaşayan tacikər və özbəklərdir. Bir az da türkmənlar var. Bu xalqlar həm də Özbəkistan, Tacikistan və Türkmənistan sərhədləri yaxınlığında yaşayırlar. `Dustumun başçılığı ilə əsasən özbəklərdir, Hikmətyarın liderliyində isə taciklərdir. Rusiyanın Tacikistanda hərbi bazası var və burada məqsəd Rusiyanı silahlandırmq, daha çox pul xərcləməsinə nail olmaqdır. Beləcə SSRİ-nin çöküşünə səbəb olan ssenariləri müasir Rusiyaya tətbiq etmək istəyirlər. Çünki Rusiya bu məsələlərdən qorxur, eyni zamanda özünü göstərmək üçün imkandır və yəqin ki, göstərəcək də. Fikrimcə, bu, Rusiya üçün hesablanan siyasi gedişdir. Mən bu gediş içində Çini də görürəm. Zənnimcə, belə oyun Çinə də sərf edir. Onlar Tacikistan, Özbəkistan sərhədi yaxınlığında vəziyyəti gərginləşdirəcəklər. Bəlkə də, gələcəkdə Rusiya Əfqanıstana girməli olacaq. Məncə, Rusiyaya başqa şans verilməyəcək. Fikrimcə, bu layihənin arxasında ABŞ durur”.