Islam Times 15 Dec 2018 192018000000Sat, 15 Dec 2018 19:56:28 +0330 19:56 https://www.islamtimes.org/az/news/766868/ypg-dəməşqdən-kömək-istəyir -------------------------------------------------- Title : YPG Dəməşqdən kömək istəyir -------------------------------------------------- İslamTimes: Türkiyə qüvvələri Suriyanın şimalında əməliyyata hazırlaşır Text : Suriya Kürd Demokratik Qüvvələrinin bir qolu olan YPG – Xalq Özünümüdafiə Dəstələri Türkiyənin planlaşdırdığı əməliyyatlara qarşı rəsmi Dəməşqdən kömək istəyib.  Hazırda Türkiyə ordu birləşmələri və Ankaranın nəzarəti altında olan silahlı suriyalılar ölkənin şimalında kürdlərə qarşı əməliyyat keçirməyə hazırlaşır. Kürd hərbi birləşmələrinin sözçüsü bildirib ki, Türkiyə şimalda kürdlərin bütün nailiyyətlərini al-üst etmək istəyir. YPG Türkiyənin bu əməliyyatını Suriya torpaqlarının işğalı kimi qələmə verməyə çalışır. YPG-nin bağlı olduğu Suriya Kürd Demokratik Qüvvələrini ABŞ himayə edir.