Islam Times 15 Jun 2021 132021000000Tue, 15 Jun 2021 13:59:30 +0430 13:59 https://www.islamtimes.org/az/news/938164/ronaldo-coca-cola-dan-imtinaya-və-su-içməyə-çağırdı -------------------------------------------------- Title : Ronaldo “Coca-Cola”dan imtinaya və su içməyə çağırdı -------------------------------------------------- İslamTimes: İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldo AVRO-2020-nin mətbuat konfranslarından birində “Coca-Cola” içkisindən imtina etməyə və təbii su içməyə çağırıb. Text : Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Ronaldo jurnalistlərlə ünsiyyət üçün mətbuat mərkəzində öz yerini tutub. Tədbir zamanı reklam məqsədilə onun qarşısına “Coca-Cola” içkisinin iki butulkası qoyulub. Futbolçu qazlı içkini özündən kənarlaşdırıb, içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında əlini nümayişkaranə şəkildə yelləyib. Qeyd edək ki, Ronaldonun bu hərəkətinin foto və videosunun görüntülərinə artıq virus yerləşdirilib.