Islam Times 16 May 2020 122020000000Sat, 16 May 2020 12:03:58 +0430 12:03 https://www.islamtimes.org/az/news/863022/nato-bizimlə-90-cı-illərdəki-kimi-danışa-bilməyəcək-rusiya -------------------------------------------------- Title : NATO bizimlə 90-cı illərdəki kimi danışa bilməyəcək - Rusiya -------------------------------------------------- İslamTimes: Rusiya imkan verməyəcək ki, onunla 90-cı illərin ritorikası ilə dialoq aparsınlar. Text : Axar.az xəbər verir ki, bunu NSN-ə açıqamasında Rusiya Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib. “1991-ci ildən bu yana çox şey dəyişib - bizim ölkə də, dünya da. Ona görə də 1991-ci ildəki tonda bizimlə dialoq aparılması alınmayacaq. ABŞ nümayəndələrinin danışıqlar masası arxasına bərabərhüquqlu oturmağına əməl olunana qədər Vyana sənədlərinin modernizasiysasında heç bir addım atılmayacaq”, - deyə o bildirib. Qeyd edək ki, bundan öncə NATO Hərbi Komitəsinin sədri Stüart Piç Rusiyaya çağırış edərək, hərbi konflikt zamanı təhlükəsizlik və təhdidlərin azaldılmasını nəzərdə tutan Vyana sənədlərinin modernizasiyasında iştiraka çağırmışdı.