Islam Times 26 Dec 2021 002021000000Sun, 26 Dec 2021 00:46:04 +0330 0:46 https://www.islamtimes.org/az/news/970320/taliban-türkiyə-və-qətərlə-kabil-aeroportu-ilə-bağlı-razılığa-gələ-bilməyib -------------------------------------------------- Title : Taliban Türkiyə və Qətərlə Kabil aeroportu ilə bağlı razılığa gələ bilməyib -------------------------------------------------- İslamTimes: Taliban hökuməti Əfqanıstanın 4 aeroportunun daimi əsasda istismarı ilə bağlı Türkiyə və Qətərlə danışıqları davam etdirir. Text : APA-nın xəbərinə görə, bu barədə ölkənin nəqliyyat və mülki aviasiya naziri İmaməddin Əhmədi məlumat verib. “Türkiyə-Qətər texniki heyəti cümə axşamı günü Kabilə gələrək bizim texniki mütəxəssislərlə görüş keçirib. Bu müzakirələr davam edəcək və yaxın günlərdə ölkəmizin milli maraqları nəzərə alınaraq razılıq əldə ediləcək” deyə, Əhmədi yerli “Tolo News” kanalına bildirib. Qeyd edək ki, Anadolu agentliyi dekabrın 24-də Əfqanıstanın 5 aeroportunun istismar olunması üçün Türkiyə və Qətərin Talibanla razılığa gəldiyini xəbər vermişdi. Ötən avqustda baş verən xaos və terror hücumu nəticəsində Kabil aeroportunun uçuş zolağı və binası ciddi zərər görüb. Avqustun sonunda türk və qətərli mühəndislərin səyi ilə hava limanının işi bərpa olunub. Hazırda Əfqanıstanda fəaliyyət göstərən 24 hava limanının yalnız beşindən beynəlxalq reyslər həyata keçirilir.