Islam Times 25 Nov 2021 092021000000Thu, 25 Nov 2021 09:15:56 +0330 9:15 https://www.islamtimes.org/az/news/965326/rusiya-suriyanın-hhm-sistemləri-israil-raketlərinin-əksərini-məhv-edib -------------------------------------------------- Title : Rusiya: Suriyanın HHM sistemləri İsrail raketlərinin əksərini məhv edib -------------------------------------------------- İslamTimes: Rusiya ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərinin işğalçı İsrail qırıcılarının Homsa hədəf almaq üçün istifadə etdiyi 10 raketi təsbit edərək, məhv etdiyini bildirib Text : Suriyadakı tərəflər arasında Barışıq Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib: “Suriya ordusu ötən gecə İsrail tərəfindən atılan raketlərin əksəriyyətini Rusiya istehsalı sistemlərdən istifadə edərək məhv edib." RİA Novosti saytının verdiyi məlumata görə, Vadim Kulit mətbuat konfransında bildirib: “Çərşənbə günü saat 02:28-dən 02:38-dək İsrailin 6 ədəd F-16 döyüş təyyarəsi Livan hava məkanından 12 idarə olunan raketlə Homs əyalətindəki hədəfləri vurmağa çalışır. Bu hücum nəticəsində bir Suriya əsgəri yaralanıb. Amma Pantsir-S (Sam-22) havadan müdafiə sistemləri İsrailin 10 raketini elə havadaca məhv edib. Qeyd edək ki, İsrailin Kanal 12 televiziyası da Suriya hava hücumundan müdafiə sistemlərinin İsrail qırıcılarını raketlərlə hədəf aldığını açıqlamışdı.