Islam Times 22 Nov 2021 102021000000Mon, 22 Nov 2021 10:30:07 +0330 10:30 https://www.islamtimes.org/az/news/964804/iraq-bizim-qəti-mövqeyimiz-israillə-münasibətlərin-normallaşmasına-qarşı-çıxmaqdır -------------------------------------------------- Title : İraq: Bizim qəti mövqeyimiz İsraillə münasibətlərin normallaşmasına qarşı çıxmaqdır -------------------------------------------------- İslamTimes: İraq Xarici İşlər Nazirliyi Fələstin məsələsini dəstəkləmək və İsrail rejimi ilə əlaqələrin normallaşmasına qarşı çıxmaqda qəti mövqeyini bir daha bəyan edib. Text : İraq Xarici İşlər Nazirliyi bazar günü bir daha Fələstin məsələsini dəstəklədiyini və İsrail ilə münasibətlərin normallaşmasına qarşı olduğunu bildirib. İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz Fələstin məsələsini və fələstinlilərin qanuni hüquqlarını dəstəkləmək və İsraillə münasibətlərin normallaşmasına qəti şəkildə qarşı çıxmaqda İraqın məlum mövqeyini bir daha təsdiqləyirik". Bəzi KİV-lər İraqın xarici işlər naziri Fuad Hüseynə istinadən bildiriblər ki, Bağdad Təl-Əvivlə münasibətlərin normallaşmasına qarşı deyil. /Eastnews/