Islam Times 4 Feb 2012 102012000000Sat, 04 Feb 2012 10:27:29 +0330 10:27 https://www.islamtimes.org/az/news/135309/rusiya-təkzib-verdi -------------------------------------------------- Title : Rusiya təkzib verdi -------------------------------------------------- IslamTimes - Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Vaşinqtonla gizli razılaşma əldə etməsi iddiası barədə açıqlama verib Text : "IslamTimes" Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi son bəyanatında Moskva və Vaşinqtonun İranla bağlı gizli razılıq əldə etdiyini inkar edib. Rəsmi Moskva İrana hücumla bağlı Rusiyanın ABŞ-la razılaşma əldə etməsini böyük yalan adlandırıb. Rusiya bu sözlərin heç bir əsasının olmadığını bildirib. Rəsmi Moskva həmçinin Qərbin Suriyanın daxili işlərinə qarışmadığı barədə xəbərlərin də şayiə olduğunu bildirib.