Islam Times 2 Sep 2021 162021000000Thu, 02 Sep 2021 16:36:32 +0430 16:36 https://www.islamtimes.org/az/news/951808/əl-əxbar-iran-gəmisi-suriya-sularına-daxil-olub -------------------------------------------------- Title : Əl-Əxbar: İran gəmisi Suriya sularına daxil olub -------------------------------------------------- İslamTimes: Suriya sularına daxil olan İran gəmisindən yanacaq tankerlərlə Livana nəql olunacaq Text : "Əl-Əxbar" qəzeti bugünki sayında yazıb ki, Livan üçün yanacaq daşıyan İran gəmisi ötən gün Suriya sularına daxil olub. Məlumata görə, gəmi yüklərini Suriya limanında boşaldacaq. Daha sonra yanacaq tankerlər vasitəsi ilə Suriyadan Livana nəql olunacaq. Əl-Əxbar əlavə edib ki, Livan Hizbullahı gəminin yükünün bir hissəsini dövlət xəstəxanalarına və bu kimi mərkəzlərə bağışlayacaq. Daha sonra özəl şirkətlər yanacağın müxtəlif təşkilatlara və elektrik generatorlarına satış prosesini öz öhdəsinə götürəcək. Qeyd edək ki, İrandan Livana neft danışyan digər iki gəminin də eyni yolla yükünü təhvil verəcəyi bildirilir.