Islam Times 5 Jul 2022 082022000000Tue, 05 Jul 2022 08:58:01 +0430 8:58 https://www.islamtimes.org/az/news/1002811/özbəkistanda-etiraz-aksiyalarında-ölənlərin-sayı-18-ə-çatıb -------------------------------------------------- Title : Özbəkistanda etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb -------------------------------------------------- İslamTimes: Özbəkistanda edilməsi nəzərdə tutulan konstitusiya dəyişikliklərindən sonra Qaraqalpaqıstan Respublikasında keçirilən etiraz aksiyalarında ölənlərin sayının 18-ə yüksəldiyi açıqlanıb. Text : İyunun 26-da Özbəkistanda ictimai müzakirəyə çıxarılan konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi Qaraqalpaqıstanda etirazlara səbəb olub. İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qaraqalpaqıstanın paytaxtı Nukusda toplaşan yüzlərlə insan qanun layihəsinə reaksiya verib. Özbəkistan rəsmiləri bölgədə davam edən etirazlarda, həyatını itirənlərin sayının 18-ə yüksəldiyini, 243 nəfərin yaralandığını bildirib. Polis isə etirazlar zamanı 516 nəfərin saxlanıldığını və əksəriyyətinin sonradan sərbəst buraxıldığını açıqlayıb. Özbəkistanda etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb